Modern.az

Gəncədə şəhidlərin xatirəsi anıldı - FOTOLAR

Gəncədə şəhidlərin xatirəsi anıldı - FOTOLAR

18 Mart 2021, 15:06

Gəncədə şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri Novruz bayramı öncəsi şəhidlərin əziz xatirəsini yad ediblər.

 

Modern.az-ın məlumatına görə, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Kərəz və Nizami rayon icra hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, millət vəkilləri, din xadimləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  

 

Niyazi Bayramov Şəhidlər Xiyabanında ucaldılan əbədi məşəl abidəsinin önünə əklil qoyub, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsinə öz ehtiramını ifadə edib. Daha sonra digər mərasim iştirakçıları da abidəni ziyarət edib, önünə tər çiçəklər düzüblər. 

 

Şəhid məzarları ziyarət olunub, onların ruhuna dualar oxunub.

 

Bununla yanaşı, şəhər rəhbərinin tapşırığına əsasən, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələrini ziyarət edib, onları Novruz Bayramı münasibətilə təbrik ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj