İndiyədək Azərbaycanda “COVID 19”un Britaniya ştammına və digər ştammlara yoluxma olub-olmamasını yoxlamaq üçün mütəmadi şəkildə genom analizi aparılıb.
Milli Hematologiya və Transfuziologiya Mərkəzindən Modern.az-a bildirilib ki, aparılan analizlər nəticəsində “COVID-19”un Britaniya ştammı ikisi kişi, biri qadın olmaqla üç nəfərdə aşkarlanıb:
“1977, 1961, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun Britaniya ştammı aşkarlanıb. Həmin şəxslərdən birinin Ukraynada yoluxduğu müəyyən edilib”.