Gürcüstanın Axalsıx şəhərində yaşı 30-dan az olan tibb bacısı yeni növ koronavirus (COVID-19) əleyhinə "AstraZeneca" vaksini vurulduqdan sonra halı pisləşərək xəstəxanaya yerləşdirilib.
Modern.az-ın məlumatına görə, bu barədə Gürcüstanın İctimai telekanalı xəbər verib.
Hazırda xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla əlaqədar Gürcüstanın səhiyyə naziri araşdırmalara başlayıb.
Qeyd edək ki, Gürcüstanda vaksinasiyaya martın 15-də başlanılıb. Bu mərhələdə yalnız səhiyyə işçilərinin vaksinasiyası aparılır.