Şəkidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, sürücü Elşən Babayev idarə etdiyi "Opel" markalı avtomobil yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Ələddin Məmmədovu vurub. Hadisə zamanı Ələddin Məmmədov müştərək travma, qapalı kəllə-beyin travmaları alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.