Modern.az

Avroliqada 1/4 finalın dörd iştirakçısı məlum oldu

Avroliqada 1/4 finalın dörd iştirakçısı məlum oldu

Aktual

19 Mart 2021, 00:05

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk 4 iştirakçısı bəlli olub.

 

Modern.az xəbər verir ki, İngiltərənin "Arsenal", "Tottenhem", İspaniyanın "Qranada" və İtaliyanın "Roma" klubları növbəti raunda adlayıblar.

 

London təmsilçisi Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdırıb. Romalılar evdə olduğu kimi, Ukraynada da Donetsk "Şaxtyor"unu məğlub edib. "Qranada" isə ilk matçda 2:0 hesabı ilə qalib gəldiyi Norveç "Molde"sinə səfərdə uduzsa da, iki görüşün nəticəsinə əsasən, 1/4 finala çıxıb.

 

Xorvatiyada İngiltərə "Tottenhem"ini 3:0 hesabı ilə məğlub edən Zaqreb "Dinamo"su da növbəti raunda vəsiqə qazanıb.

Meydan sahiblərinin heyətində qolları 62, 83 və 106-cı dəqiqələrdə Mislav Orşiç vurub.

Qeyd edək ki, ilk matçda "Tottenhem" "Dinamo"ya 2:0 hesabı ilə qalib gəlmişdi.

 

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

21:55. "Molde" (Norveç) - "Qranada" (İspaniya) - 2:1

Qollar: Xesus Valyexo, 29 (avtoqol), Eyrik Hestad, 90 (penalti) - Roberto Soldado, 72

İlk oyun - 0:2

21:55. "Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 0:1

Qol: Yusuf El-Arabi, 51

İlk oyun - 3:1

Qırmızı vərəqə: Husseynu Ba, 82 ("Olimpiakos")

21:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Roma" (İtaliya) - 1:2

Qol: Junior Moraes, 59 - Borxa Mayoral, 48; 72

İlk oyun - 0:3

 

21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Tottenhem" (İngiltərə) - 3:0 (ƏLAVƏ VAXTDA 1:0)

Qollar: Mislav Orşiç, 62; 83; 106

İlk oyun - 0:2

 

Qeyd edək ki, 1/8 finalın digər 4 oyunu Bakı vaxtı ilə saat 24:00-da start götürüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj