Modern.az

Zərif Türkiyəyə gedir 

Zərif Türkiyəyə gedir 

Aktual

19 Mart 2021, 08:04

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Türkiyəyə səfər edəcək.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, səfər çərçivəsində Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr müzakirə ediləcək. Danışıqlarda eyni zamanda regional məsələlər də əsas diqqət mövzusu olacaq.

 

Diplomatik mənbələrdən bildirilib ki, Zərif görüşlərini İstanbulda keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj