Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Modern.az xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsindən sərəncam 12 nəfər qadına şamil edilib. Onlardan 11-ə arayışlar təqdim olunub və azadlığa buraxılıblar, 1 qadının isə cəzası yarıya endirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub.