Modern.az

Qardaşını qətlə yetirən Elçin SAXLANILDI

Qardaşını qətlə yetirən Elçin SAXLANILDI

Aktual

19 Mart 2021, 10:10

Martın 18-də saat 23 radələrində Nəsimi rayon ərazisində 1968-ci il təvəllüdlü Camalov Etibar Feyzəmməd oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilib.

 

Nəsimi rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin qardaşı 1969-cu il təvəllüdlü Elçin Camalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Etibar Camalova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Elçin Camalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj