Prezident İlham Əliyevin sərəncamı ilə Tofiq Abdullayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezident İlham Əliyev Rasim Şəmsəddin oğlu Rzayevi Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edib.
***
Dövlət rəhbərinin sərəncamlı ilə Eldar Səlimov Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb
Ölkə başçısı Tofiq Abdullayevi Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Ölkə başçısı Tarik İsmayıl oğlu Əliyevi Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edib.