Modern.az

7 saylı cəzaçəkmə müəssisəsindən 14 nəfər azadlığa çıxdı

7 saylı cəzaçəkmə müəssisəsindən 14 nəfər azadlığa çıxdı

Aktual

19 Mart 2021, 10:30

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

 

Modern.az məlumatına görə, əfv sərəncamı müəssisədən ümumilikdə 14 nəfərə şamil edilib. Onlardan 8 nəfər azadlığa buraxılıb, 6 nəfərin isə cəzası azaldılıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj