Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Modern.az xəbər verir ki, 6 saylı cəzaçəkmə müəssisəsindən 26 məhkum azadlığa buraxılıb, 14 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv sərəncamı ümumilikdə 625 nəfərə şamil olunub.