Modern.az

İcra başçısına vaksin vuruldu

İcra başçısına vaksin vuruldu

Aktual

19 Mart 2021, 11:00

Ölkənin bütün regionlarında olduğu kimi, Füzulidə də Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması uğurla həyata keçirilir.

Modern.az xəbər verir ki, martın 18-də Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev  Mərkəzi rayon Xəstəxanasına gələrək vaksinasiya prosesinin gedişi ilə maraqlanıb, burada yaradılmış şəraitlə tanış olub. Peyvənd olunan vətəndaşlara vaksinasiyanın vacibliyi və bu sahədə dövlətin gördüyü işlərlə bağlı ətraflı məlumat verib. 

Sonra icra başçısı xəstəxanada tibb işçilərinin nəzarəti altında COVID-19 pandemiyası əleyhinə ikinci doza peyvənd olunub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj