Modern.az

17 saylı müəssisədə 13 məhkum əfvə düşdü

17 saylı müəssisədə 13 məhkum əfvə düşdü

Aktual

19 Mart 2021, 11:04

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

 

Modern.az xəbər verir ki, 17 saylı müəssisədə sərəncam şamil edilən 13 nəfərdən 11 nəfər azadlığa buraxılıb, 2 nəfərin cəzası azaldılıb.

 

Bu müəssisədən azadlığa buraxılan 3 nəfər Əfqanıstan, Gürcüstan və İran vətəndaşlarıdır.

 

Əfv olunan şəxslərə arayışları hüquq müdafiəçisi Səadət Bənənyarlı, Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımov və  Ədliyyə Nazirliyinin İnsan haqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova təqdim edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj