Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində də icra edilib.
Modern.az xəbər verir ki, 15 saylı cəzaçəkmə müəssisəsindən sərəncamın şamil olunduğu 18 nəfər məhkuma arayışlar təqdim edilib və onlar azadlığa buraxılıb. Daha 2 məhkumun cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.
Əfv olunmuş şəxslər Prezident İlham Əliyevə təşəkkür ediblər.