Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.
Modern.az xəbər verir ki, bu müəssisədə sərəncam şamil edilən 34 nəfərdən 20 nəfər azadlığa buraxılıb, 14 nəfərin isə cəzası yarıya salınıb.
Azadlığa buraxılanlardan ikisi əcnəbidir, onlardan biri Kamerun , digəri isə Qazaxıstan vətəndaşıdır.