Modern.az

Penitensiar Xidmətin Müalicə müəssisəsindən 6 məhkum azadlığa çıxdı

Penitensiar Xidmətin Müalicə müəssisəsindən 6 məhkum azadlığa çıxdı

Aktual

19 Mart 2021, 11:56

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində də icra olunub.

 

Modern.az xəbər verir ki, həmin müəssisədən əfv olunmuş 6 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb. Daha 1 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv sərəncamı ümumilikdə 625 nəfərə şamil olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj