Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində də icra edilib.
Modern.az xəbər verir ki, sərəncam bu cəzaçəkmə müəssisəsində 15 məhkuma şamil olunub.
Onlardan 11 nəfər azadlığa buraxılıb, 4 nəfərin isə cəzası yarıya qədər azaldılıb.
Əfv olunmuş şəxslər humanist addımla bağlı Prezident İlham Əliyevə təşəkkür ediblər.