Modern.az

İcra başçısı peyvənd olundu - FOTOLAR

İcra başçısı peyvənd olundu - FOTOLAR

Aktual

19 Mart 2021, 11:18

Respublikamızın hər eyrində olduğu kimi, Lerikdə də “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir .

 

Modern.az xəbər verir ki, Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

 

Əhalinin vaksinasiya olunması üçün Lerik Rayon Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülüb və lazımi şərait qurulub.

 

Hazırda rayonda yaşı 50-64 və 65-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.

 

19 mart 2021-ci ildə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova və rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikova COVID-19 əleyhinə ikinci doza vurulub.

 

Peyvənd olunduqdan sonra vaksinasiya prosesinin gedişatı ilə maraqlanan rayon icra hakimiyyətinin başçısı, xəstəxanada yaradılan şəraitlə də tanış olub, peyvənd olunmaqdan ötrü xəstəxanaya gəlmiş rayon əhalisi ilə səmimi söhbət edib. Bildirib ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində görülmüş işlərin kökündə onların sağlamlığı dayanır. Cənab Prezidentin rəhbərliyi sayəsində ölkəmiz vaksin əldə edən ilk ölkələrdən biridir. Bu faktın özü də təsdiq edir ki, ölkə Prezidentimiz cənab İlham Əliyev əhalinin sosial rifah halı ilə yanaşı sağlamlığını da daim diqqət mərkəzində saxlayır. Söhbət zamanı icra başçısı pandemiya ilə bağlı aparılan mübarizə tədbirlərinə, ölkəmizdə elan edilmiş xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyin hər bir vətəndaşın borcu olduğunu bildirmiş, bu istiqamətdə hər kəsə üzərinə düşən məsuliyyəti dərk etməyi tövsiyə edib.

 

Rayon icra hakimiyyəti başçısına əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinin yüksək səviyyədə aparılması üçün xəstəxanada bütün zəruri tədbirlər görülməsi, bu məqsədlə ayrılmış xüsusi otaqların TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilməsi və günədək Lerik rayonu üzrə tibb işçilərinə, həmçinin yaşı 50-64 və 65-dən yuxarı olan vətəndaşlara ümumilikdə 3705 doza vaksin vurulduğu haqqında məlumat verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj