Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi internet saytında Milli Ordunun zabiti Ramil Səfərovla bağlı ayrıca bölmə yaradılıb. Modern.az Prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, həmin bölümdə vətəndaşların Ramil Səfərovla bağlı Prezidentə yazdığı təşəkkür məktubları yerləşdirilib .
Qeyd edək ki, Ramil Səfərov 2004-cü ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursda olarkən həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası almışdı.