Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadan “Su-30SM” döyüş təyyarələri alınarkən onların döyüş sursatları ilə təchiz edilmədiyini bildirib.
Modern.az “News.am” saytına istinadən xəbər verir ki, bununla da o, keçmiş baş hərbi müfəttiş general-polkovnik Movses Akopyanın verdiyi açıqlamanı təsdiqləyib.
“Bizi ittiham edirlər, deyirlər ki, təyyarələri niyə aldıq. Bəli, təyyarələr aldıq və bəli, müharibədən əvvəl raket almaq üçün vaxtımız olmadı. Ancaq siz təyyarələri alardınız, biz də raketləri alardıq”, - bu sözləri Paşinyan Ohanavan kəndinin sakinləri ilə görüşündə əvvəlki hakimiyyətə müraciətində səsləndirib.