Modern.az

Ağstafada 5 nəfər dəm qazından zəhərləndi

Ağstafada 5 nəfər dəm qazından zəhərləndi

Hadisə

21 Mart 2021, 09:37

Ağstafada dəm qazından zəhərlənənlərin adları məlum olub. Hadisə rayonun Aşağı Kəsəmən kəndində baş verib. Biri azyaşlı olmaqla, bir ailənin 4 üzvü yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bidirilir.

 

Modern.az xəbər verir ki, məlumatına görə, dəm qazından 1967-ci il təvəllüdlü Məmmədova İradə Paşa   qızı, 1988-ci il təvəllüdlü Məmmədov Rəşad   İbrahim  oğlu, 1984-cü il təvəllüdlü Məhərrəmova İlhamə Məhər qızı  və 1989-cu il təvəllüdlü  Məmmədov Emil İbrahim oğlu zəhərlənib.

 

Evdə olan azyaşlı - 2010-cu il təvəllüdlü Məmmədov İbrahim Rəşad oğlunda isə yüngül zəhərlənmənin əlamətləri olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər