Modern.az

Jurnalist yol qəzasında ölüb

Jurnalist yol qəzasında ölüb

Media

6 Sentyabr 2012, 13:37

Gənc jurnalist Murad İsmayılzadə yol qəzası nəticəsində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sentyabrın 5-də saat 22.00 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində, Sumqayıt şəhər sakini İsmayıl İsmayılov "KİA" markalı avtomaşını idarə edərkən yolu keçən Bakı şəhər sakini Murad İsmayılzadəni vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Qeyd edək Murad İsmayılzadə “Səs” qəzetinin əməkdaşıdır.  

Mail Ağaxanov
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi