Modern.az

Misirin məşhur yazıçısı vəfat etdi

Misirin məşhur yazıçısı vəfat etdi

Aktual

21 Mart 2021, 22:24

Misirli yazıçı və qadın hüquqlarının müdafiəçisi Nəval əs-Səadvi vəfat edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, 89 yaşlı yazıçının son vaxtlar səhhətindən problemlər var idi. 

 

Qeyd edək ki, ixtisasça psixiatr olan Nəval əs-Səadvinin əsərləri 20-dən çox dilə tərcümə edilib. 

 

O, bir sıra mükafatlara layiq görülüb. 2015-ci ildə xanım yazıçı “Nobel”in Ədəbiyyat nominasiyası üzrə mükafatına namizəd göstərilmişdi. 

 

Nəval əs-Səadvi feminist yazar kimi də məşhur idi. Xüsusilə, bir sıra Afrika ölkələrində  ənənvi “qadın sünnəti”nə qarşı kəskin çıxışları ilə tanınırdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular