Modern.az

İranda terror - ölənlər var

İranda terror - ölənlər var

Aktual

21 Mart 2021, 23:09

İranın Sistan-Bəlucistan vilayətindəki Saravan şəhərində törədilən terror aktı nəticəsində 3 nəfər həlak olub.

 

Modern.az İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanata istinadla xəbər verir ki, terrorçular Saravan şəhərinin mərkəzi meydanına silahlı hücum edib. Vilayətdə xidmət edən SEPAH-ın əsgərləri ilə terrorçular arasındakı silahlı toqquşmada yoldan keçən 3 nəfər həlak olub. Hadisə yerinə əlavə qüvvələr cəlb edilib. Genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir.

 

Qeyd edək ki, İranın bu vilayətində separatçı qüvvələrin olması haqqında məlumat çoxdan var. Sistan-Bəlucistan vilayəti Pakistan və Əfqanıstanla həmsərhəddir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular