Modern.az

“Barselona” səfərdə darmadağınla qalib gəldi

“Barselona” səfərdə darmadağınla qalib gəldi

22 Mart 2021, 01:55

İspaniya La Liqasının 28-ci turunda "Real Sosyedad" - "Barselona" oyunu baş tutub.

 

Modern.az xəbər verir ki, "Barselona" səfər matçında darmadağınla qalib gəlib - 6:1.

 

Qeyd edək ki, Kataloniya təmsilçisinin heyətində 768-ci dəfə meydana çıxmaqla rekord qıran argentinalı futbolçu Lionel Messi tarixi oyununda dublla yadda qalıb. O, 56 və 89-cu dəqiqələrdə fərqlənib. "Barselona"nın heyətində digər qolları Antuan Qrizman (37), Sergino Dest (43, 53) və Usman Dembele (71) vurub. Ev sahibinin yeganə qolunu isə Ander Barrenetxea (77) qapıdan keçirib.

 

Aktivinə 3 xal yazdıran "Barselona" turnir cədvəlində xalını 62-yə çatdıraraq ikinci pillədə qərarlaşıb. "Real Sosyedad" isə 45 xalla beşinci yerdə qalıb.

 

Turan ASLAN

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular