Modern.az

Bakıda ev yandı: ər-arvad xəsarət aldı

Bakıda ev yandı: ər-arvad xəsarət aldı

22 Mart 2021, 09:21

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 600 m² olan (hər mərtəbəsi 200 m²) üçmərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb. 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 
 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular