Modern.az

NATO: “Ramil Səfərov beynəlxalq normalara uyğun olaraq Azərbaycana verilib”

NATO: “Ramil Səfərov beynəlxalq normalara uyğun olaraq Azərbaycana verilib”

6 Sentyabr 2012, 18:31

“NATO və Macarıstan Ramil Səfərova görə heç bir məsuliiyyət daşımır”. Modern.az bildirir ki, bu barədə İrəvanda səfərdə olan Alyansın baş katibi Andres Foq Rasmussen Ermənistan Unversitetində keçirdiyi görüş zamanı bəyan edib.

O bildirib ki, Azərbaycanın əfvlə bağlı qərarı iki ölkə arasında dialoqun yaranmasına mane olacaq. “Bu NATO-nun mövqeyidir. İcazənizlə bildirim ki, Alyans  və Macarıstan Səfərovun hərəkətinə görə heç bir məsuliyyət daşımır. Səfərov macar məhkəməsinin qərarı ilə mühakimə olunub. Səfərovun Azərbyacana ekstradisiyası beynəlxalq normalar çərçivəsində baş tutub”-deyə NATO-nun rəhbəri vurğulayıb.

 

X.SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi