Modern.az

İranın həbsdən buraxdığı şairlər Bakıda

İranın həbsdən buraxdığı şairlər Bakıda

6 Sentyabr 2012, 23:50


Bu il aprelin 29-da şeir festivalında iştirak etmək üçün İrana gedən və mayın 2-də Təbrizdə həbs olunan iki azərbaycanlı şair artıq Bakıya dönüb.
4 aydır həbsdə saxlanılan Şəhriyar Hacızadə və Fərid Hüseyn azad olunduqdan sonra sentyabrın 5-də Bakıya gəlib çıxıblar. Jurnalistlərə yorğun olduqlarını deyən şairlər yaxın 2-3 gün ərzində mətbuat konfransı keçirəcəklərini bildiriblər.
Haqq-ədalətin öz yerini tapdığını deyən Şəhriyar Hacızadə və Fərid Hüseyn qeyd ediblər ki, İran həbsxanasında onlara heç bir təzyiq olmayıb.

Modern.az


 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi