2012-2103-cü tədris ili üzrə tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti bu gün başa çatır. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qeydiyyat bu gün saat 17:00-da başa çatacaq. Bildirilib ki, hələ də qeydiyyatdan keçməyən abituriyentlər tələb olunan sənədləri qəbul olduqları orta ixtisas təhsili müəssisələrinə təqdim edərək saat 17:00-dək qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 8527 nəfər qəbul olub.
A.RÜSTƏMOV