Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci ilin sentyabrın 9-da ümumi orta təhsil səviyyəsinin buraxılış sinfində mərkəzləşdirilmiş şəkildə payız imtahanı keçirəcək.
TQDK-dən
Modern.az saytına verilən məlumata görə, imtahan respublikanın 55 şəhər və rayonlarında baş tutacaq.
“Payız imtahanında iyun ayında keçrilmiş buraxılış imtahanlarında iştirak edə bilməyənlər və ya imtahanda iştirak edib, bir və ya iki fəndən müvəffəq qiymət ala bilməyən 9-cu sinif şagirdləri iştirak edəcəklər. Payız imtahanında 28 469 şagirdin iştirak edəcəyi gözlənilir. Imtahan keçirilməsi üçün 73 imtahan mərkəzi, 192 imtahan rəhbəri, 2371 nəzarətçi müəllim ayrılıb. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı (30 riyaziyyat, 30 Azərbaycan dili) təqdim ediləcək. Bundan əlavə şagirdlərə təqdim edilmiş mövzu üzrə yazı işi də yerinə yetiriləcək”.
Mail AĞAXANOV