Bu il ali məktəblərə daxil olan I kurs tələbələrinin qeydiyyat prosesi başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, plan yeri üzrə 97% tələbə qeydiyyatdan keçib, 3 %-i qeydiyyatdan keçə bilməyib.
Qəbul planında yerləri boş qalan universitet Dövlət Aqrar Universiteti olub. Burada 517 yer boş qalıb. Xəzər Universitetində 95, Təfəkkur Universitetində 114, Odlar Yurdu Universitetində 194 yer boş qalıb.