Modern.az

Bakı Meriyası: "Müsavat Partiyasına cavab verə bilərik"

Bakı Meriyası: "Müsavat Partiyasına cavab verə bilərik"

7 Sentyabr 2012, 12:16

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının VIII qurultayına yer ayrılması ilə bağlı məsələyə yenidən münasibət bildirib. İcra Hakimiyyətinin ictimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən Modern.az saytına bildirilib ki, Müsavat Partiyası qurultayın keçirilməsi üçün müraciət edərsə, məsələ araşdırılıb lazımi cavab veriləcək.

  “Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan istənilən müraciətə baxılıb, müvafiq cavab verilir. Müsavat Partiyası da rəsmi şəkildə müraciət edərsə, təbii ki, onların müraciəti araşdırılacaq və lazımı cavab veriləcək”.  

Qeyd edək ki, Müsavat başqanının müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında bildirmişdi ki, partiya ola bilsin ki, qurultaya yer ayrılması ilə bağlı yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsin.  

Xatırladaq ki, Müsavat Partiyası bir müddət əvvəl Bakı Meriyasının təklif etdiyi yerlərdən imtina edərək qurultayın Türkiyə və Gürcüstanda keçirilə biləcəyini açıqlamışdı.  

Anar RÜSTƏMOV
   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi