Səfirlikdən Modern.az saytına verilən məlumata görə, Türkiyə Respublikası Lənkəran Fəxri Konsulloğu 8 sentyabr 2012-ci il tarixdən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasimi Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın iştirakı ilə 8 sentyabr 2012-ci il saat 18:00-da təşkil ediləcək.
Bundan əlavə, 15 sentyabr 2010-cu il tarixindən bu yana fəaliyyət göstərən Gəncə Başkonsulluğunun yeni xidmət binasının açılı isə yenə səfir Hülusi Kılıçın iştirakı ilə 9 sentyabrda saat 17:30-da təşkil ediləcək.