Modern.az

Portuqaliya Azərbaycana Maksimin avtoqolu ilə qalib gəldi

Portuqaliya Azərbaycana Maksimin avtoqolu ilə qalib gəldi

Aktual

25 Mart 2021, 01:36

Portuqaliya-Azərbaycan matçı başa çatıb. Qarşılaşma Portuqaliya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

 

***

 

Portuqaliya-Azərbaycan matçında ikinci hissə başlayıb.

 

***

 

Portuqaliya-Azərbaycan matçında hesab açılıb.

 

Modern.az xəbər verir ki, Maksim Medvedevin 37-ci dəqiqədə avtoqolu sayəsində Portuqaliya millisi 1:0 hesabı ilə irəlidədir.

 

Hazırda komandalar fasiləyə çıxıb.

 

23:46

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, millimiz İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda Portuqaliya yığması ilə qarşılaşır.

 

Millimizin start heyətində Şahruddin Məhəmmədəliyev, Azər Salahlı, Anton Krivotsyuk, Elvin Bədəlov, Bədavi Hüseynov, Maksim Medvedev, Abbas Hüseynov, Vüqar Mustafayev, Emin Mahmudov, Mahir Emreli və Əli Qurbani yer alıblar.

 

Portuqaliya seçməsinin ilk onbirliyində isə meydana Antoni Lopeş, Dominquş Duarte, Ruben Diaş, Nunu Mendeş, Kriştiano Ronaldo, Joau Moutinyu, Ruben Neveş, Pedru Netu, Andre Silva, Bernardu Silva və Juan Kanselu çıxıblar.

 

Görüşü almaniyalı hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Daniel Siebertdir. Ona həmyerliləri Jan Seidel və Rafael Foltin kömək edirlər. Dördüncü hakim funksiyasını Saşa Stegemann yerinə yetirir.

 

Matç "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanır.

 

Xatırladaq ki, yığma komandamız seçmə mərhələnin "A" qrupunda Portuqaliya millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Yığmamız növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı