Modern.az

Ramil Səfərovun əfvi Qarabağ münaqişəsinin həllinə əngəldir - NATO Baş katibi

Ramil Səfərovun əfvi Qarabağ münaqişəsinin həllinə əngəldir - NATO Baş katibi

7 Sentyabr 2012, 12:55

“Regionda əldə olunan tərəqqiyə baxmayaraq bölgədə təhlükəsizlik sahəsində hələ də təhdidlər davam edir”. Modern.az məlumatına görə, bu fikirləri NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan Diplomatik Akademiyasında çıxışı zamanı deyib.

NATO-nun baş katibi Ramil Səfərovun azadlığa buraxılması məsəlsinə də toxunub. O, Ramil Səfərovun əfvi barədə qərardan narahatlığını ifadə edib: “O, dəhşətli cinayət törədib və onun əfv edilməsi münaqişənin sülh yolu ilə həllinə dəstək vermir”.

Anders Foq Rasmussen regionda gərginliyin aradan qaldırılması üçün tədbirlərin görülməsini və region çərçivəsində əməkdaşlıq imkanlarının yaradılmasının zəruriliyini qeyd edib: “Münaqişənin hərbi yolla həlli mövcud deyil və irəliyə doğru aparacaq yeganə yol dialoq, kompromis və əməkdaşlıqdır”.

Baş katib Dağlıq Qarabağ münaqişəsi məsələsində iki məsələnin  aydınlığını da nəzər çatdırıb: “Münaqişənin hərbi yolla həlli mövcud deyil və irəliyə doğru aparacaq yeganə yol dialoq, kompromis və əməkdaşlıqdır. NATO münaqişənin nizamlanması prosesinə birbaşa cəlb olunmayıb, lakin ATƏT-in Minsk Qrupunun nizamlanmaya yönəlik səylərini tam şəkildə dəstəkləyir”. 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi