Modern.az

ABŞ-da tornado 5 nəfərin ölümünə səbəb olub

ABŞ-da tornado 5 nəfərin ölümünə səbəb olub

Aktual

26 Fevral 2021, 09:50

Alabama ştatının Kalxun bölgəsində tornado nəticəsində ən azı beş nəfər ölüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ştatın 20 mindən çox sakini gecə işıqsız qalıb. Ştatın ən böyük şəhəriBirmingemdə 30-50 bina dağılıb.

Yerli hakimiyyət orqanları, xilasetmə və təcili yardım xidmətləri zərərin qiymətləndirilməsinə və qurbanların axtarılmasına davam edir. Daha əvvəl ABŞ Milli meteoroloji xidmətinin ixtisaslaşmış şöbəsi Alabama, Mississippi və Tennessi ştatlarında tornado təhlükəsi barədə xəbərdarlıq edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama