Modern.az

BMT-nin baş katibi Ramil Səfərovla bağlı bəyanat verib

BMT-nin baş katibi Ramil Səfərovla bağlı bəyanat verib

7 Sentyabr 2012, 15:14
BMT-nin baş katibii Pan Gi Mun azərbaycanlı hərbçi Ramil Səfərovla bağlı yaranmış vəziyyətdən narahat olduğunu bəyan edib. Modern.az xarici KİV-lərə istinadən bildirir ki, bu barədə qurumun mətbuat xidmətiinin yaydığı açıqlamada qeyd olunub.

“BMT üzv dövlətləri cinayət işlərində beynəlxaq öhdəliklərə riayət etməli olduğunu vurğulayaraq, qanunun aliliyi prinisipini rəhbər tutmağa çağırır”-deyə baş katibin mətbuat xidmətinin rəhbəri Martin Nesirki bildirib.  

O, Ramil Səfərovun azadlığa buraxılmasının Qarabağla bağlı aparılan sülh danışıqlarına mənfi təsir göstərməyəcəyinə ümidvar olduğunu deyib. BMT rəsmisi vurğulayıb ki, problemin həlli üçün sülh yolundan başqa alternativ yoxdur.  

Xaqani SƏFƏROĞLU
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi