Modern.az

Şimali Koreya ballistik raket sınaqları keçirdiyini təsdiqlədi

Şimali Koreya ballistik raket sınaqları keçirdiyini təsdiqlədi

26 Mart 2021, 10:40

Şimali Koreya ötən gün yeni modifikasiyalı ballistik raketin sınaqlarını keçirib.

 

Modern.az-ın məlumatına görə, bunu Yaponiyanın müdafiə naziri Nobuo Kisi deyib.

O bildirib ki, bu cür raketlər bu günədək buraxılmayıb. Nazir əlavə edib ki, raketlər bu ilin yanvar ayında hərbi parad zamanı nümayiş etdirilmiş hərəkət edən raket kompleksindən buraxılıb.

 

 

Qeyd edək ki, ötən gün Şimali Koreya iki yeni ballistik raketin sınağını keçirib. Uçuş məsafəsi təxminən 450 kilometr təşkil edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular