Modern.az

“Ramil Səfərovun ekstradisiyası Avropa Konvensiyasına uyğundur”

“Ramil Səfərovun ekstradisiyası Avropa Konvensiyasına uyğundur”

7 Sentyabr 2012, 15:15

“Ramil Səfərovun ekstradisiyası Avropa Konvensiyasna uyğun həyata keçirilib”.

Modern.az
bildirir ki, bu barədə Azərbaycan  prezidenti İlham Əliyev bu gün NATO baş katibi Rasmussenlə keçirdyi birgə mətbuat konfransında bəyan edib.

“Onun prezident tərəfindən əfv edilməsi Azərbaycan Konstitusiyasna uyğundur. Siyasi nöqteyi-nəzərdən baxanda hər şey aydındır. Azərbaycanın konvensiyaları pozduğunu deyənlər ya reallığı görmürlər, ya da ictimai rəyi çaşdırmaq istəyirlər”-deyə dövlət başçısı vurğulayıb.

İlham Əliyev qeyd edib ki, “Ermənistan bundan Dağlıq Qarabağ münaqişəsinin həllində zərbə vasitəsi kimi istifadə etməməlidir. Azərbycan münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır”.

 

X. SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi