Modern.az

İcra başçısı Vətən müharibəsi qazisini sevindirdi

İcra başçısı Vətən müharibəsi qazisini sevindirdi

26 Mart 2021, 12:33

Goranboy rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə, Qızılhacılı qəsəbəsindən Vətən müharibəsi Qazimiz, Eminov Aqil Vahid oğlunun müraciəti əsasında, onun həyat yoldaşı Qızılhacılı qəsəbəsi 1 saylı uşaq bağçası–körpələr evində vakant olan işlə təmin edildi.

 

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev rayon ziyalıları və fəalları ilə birgə, Qızılhacılı qəsəbəsində  Vətən müharibəsi Qazimiz  Eminov Aqil Vahid oğlunun ailəsi ilə görüşdü və Qazinin həyat yoldaşının bağçada vakant işlə təmin olunması ilə bağlı müvafiq əmrini vətəndaşın özünə təqdim etdi və Qazimizin ailəsini Novruz bayramı münasibəti ilə təbrik etdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular