Modern.az

Mübariz İbrahimova heykəl qoyulacaq yerdə təmir işləri getməlidir- HEYKƏLTƏRAŞ

Mübariz İbrahimova heykəl qoyulacaq yerdə təmir işləri getməlidir- HEYKƏLTƏRAŞ

7 Sentyabr 2012, 15:23

Modern.az saytı bir müddət öncə Milli Qəhrəman Mübariz İbrahimovun heykəlini hazırlayan heykəltəraşı oxuculara təqdim etmişdi. O zaman gənc heykəltəraş bildirmişdi ki, abidənin şəhərdə ucaldılması üçün Tovuz Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ona müraciət olunub.

Aradan xeyli vaxt ötdüyünü nəzərə alaraq, məsələnin nə yerdə qaldığını aydınlaşdırmaq üçün əməkdaşımız yenidən heykəltəraşla əlaqə saxlayıb.

Heykəli hazırlayan Vüqar İmanquliyev Modern.az-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı Tovuz rayonu İcra Hakimiyyətindən ona zəng ediblər. İcra hakimiyyətinin nümayəndəsi bildirib ki, sentyabr ayının 15-dən sonra bu məsələ ilə maraqlanacaqlar.  

Gənc heykəltəraşın sözlərinə görə, Milli Qəhrəmanın heykəlini Tovuz rayonunda bulağın üstündə, qayanı dağıdan bir qəhrəman kimi qoymaq istəyirlər.  

“Heykəlin qoyulacağı yerdə bəzi təmir işləri getməlidir. Həmin yer qazılmalı və orada postament tikilməlidir. Ora yolun üstündə istirahət zonasının yaxınlığında yerləşir. Onlar heykəlin dağlıq yerdə olmasını istəyirlər”.  


Anar Kəlbiyev
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi