Modern.az

Gədəbəydə avtomobil aşıb, iki qardaş xəsarət alıb

Gədəbəydə avtomobil aşıb, iki qardaş xəsarət alıb

26 Mart 2021, 15:24

Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xarxar kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1996-cı il təvəllüdlü Məmmədov Ayxan və onun qardaşı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular