Rusiyanın Ermənistanda yerləşən 102 saylı hərbi bazasının 100-dən yuxarı hərbçisi birgə hərbi təlimlərdə iştirak etmək üçün “marşal Baqramyan” poliqonuna gəlib. Modern.az bildirir ki, bu barədə Cənub hərbi dairəsinin mətbuat xidməti məlumat yayıb. Rus hərbçiləri Kollektiv Təhlükəsizlik Təşkilatının (KTMT) sentyabrda keçirləcək birgə təlimlərində iştirak edəcəklər. Bütövlükdə hərbi təlimlərdə KTMT üzvü olan ölkələrin 2000 hərbiçisi qatılacaq.
Cənub Dairəsinin yaydığı məlumatda vurğulanır ki, “təlimlərdə iştirak edəcək Rusiya, Belorus, Ermənistan, Tacikstan hərbçiləri üçün erməni milli mətbəx günü təşkil ediləcək.
”Hərbçilər kabab, lülə-kabab, dolma, bozbaş, xaş və digər erməni (
?) yeməklərinin dadına baxacaqlar”. Təlimlər sentyabrın 15-19-da keçirləcək. Təlimlərin əsas mövzusu KTMT–yə üzv olan ölkələrdən birinə hucum olacağı təqdirdə onun qarşısının alınması və əks-hucuma keçməklə düşməni məhv etməkdir.
X.SƏFƏROĞLU