2020-ci ilin sentyabr-noyabr aylarında İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunda yaralı və xəstə sayı 11 min nəfər olub.
Modern.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan Müdafiə Nazirliyi hərbi tibb şöbəsinin rəis müavini, polkovnik Qeqam Paşikyan deyib.
Onun sözlərinə görə, yaralıların 55% -nin xəsarətləri yüngül, 36% -də orta dərəcəli olub. 2%-i həddindən artıq ağır, 7% -i isə ağır yaralanıb.
Döyüş əməliyyatları zamanı yaralıların və xəstələrin təxliyəsi üçün 440 helikopter uçuşu həyata keçirilib, 5000-dən çox cərrahi müdaxilə edilib.