Modern.az

İrəvanda müxalifətin mitinqi keçirilir

İrəvanda müxalifətin mitinqi keçirilir

28 Mart 2021, 16:44

Ermənistan müxalifətinin birləşdiyi “Vətənin qurtuluşu hərəkatı” Yerevanda yenidən mitinqə başlayıb.

 

Modern.az yerli KİV-ə istinadən bildirir ki, mitinq Yerevanın mərkəzindəki Baqramyan-Dəmirçiyan küçələrində keçirilir.

 

Hərəkatın yaydığı müraciətdə qeyd edilib ki, uzun müddətdir müxtəlif etiraz aksiyaları, vətəndaş itaətsizliyi, mitinqlər və digər siyasi yollarla ölkəni fəlakətə sürükləyən hakimiyyətə qarşı mübarizə aparılır: "Bu müddət ərzində baş nazir kürsüsündən ayrılmaq istəməyən şəxsin istefası tələbi ətrafında geniş ictimai konsolidasiya qurmağı bacardıq".

 

Diqqətə çatdırılıb ki, yeni siyasi aksiyalar dalğasına başlamaq, ictimai təzyiqi davam etdirmək və hərəkatın sonrakı addımlarını koordinasiya etmək üçün Dəmirçyan küçəsindəki çadır düşərgəsi hərəkatın qərargahı elan edilib.

 

Bundan başqa, müxalifət birliyi vətəndaşların narahatlığını aradan qaldıraraq Baqramyan prospekti boyunca sərbəst hərəkəti bərpa etməyi qərara alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular