Modern.az

Lənkəranda oğul 73 yaşlı anasını bıçaqladı

Lənkəranda oğul 73 yaşlı anasını bıçaqladı

28 Mart 2021, 17:06

Lənkəranda 73 yaşlı qadın oğlu tərəfindən bıçaqlanıb.

 

Modern.az-ın verdiyi məlumata görə, hadisə Lənkəran şəhəri ərazisində Rövşən Bayramov küçəsi, ev 29 ünvanında qeydə alınıb. Belə ki, 1948-ci il təvəllüdlü Rəisə Əzizova oğlunun hücumuna məruz qalıb. Nəticədə bıçaq xəsarəti alan qadın təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular