Baş nazir İrakli Qaribaşvili, Gürcüstanın Avropa İttifaqına üzvlük məsələsindən söz açıb.
Modern.az 24News.ge-yə istinadla xəbər verir ki, baş nazir 2024-cü ildə Gürcüstan hökumətinin ittifaqa üzvlük üçün rəsmi müraciət ünvanlamağa hazırlaşdığını açıqlayıb. "Bu gün Gürcüstan vətəndaşları üçün, Avropa İttifaqı/Şengen bölgəsi ölkələrinə vizasız gediş-gəlişin qüvvəyə minməsindən 4 il keçir.
2017-ci ildə verilmiş tarixi qərar əsasında Avropa İttifaqı Gürcüstanı güvənilən və dəyərli tərəfdaş olaraq bəyan etdi. Bu qərar ölkədəki demokratiyanın gücləndirilməsi və bizim fəaliyətimizin, keçirdiyimiz islahatların yüksək səviyyədə qiymətləndirilməsi deməkdir.
Bu günədək Gürcüstanın 1 milyondan artıq vətəndaşı vizasız gediş-gəliş imkanından istifadə edib. Biz Avropa İttifaqına tam hüquqlu üzv olmaq və bunun üçün 2024-cü ildə rəsmi şəkildə müraciət etmək üçün fəaliyətimizi davam etdiririk,"-deyə İrakli Qaribaşvili qeyd edib.