Modern.az

Paralimpiyada daha bir medal qazandıq

Paralimpiyada daha bir medal qazandıq

8 Sentyabr 2012, 10:08

Londonda keçirilən XIV Paralimpiya oyunlarında milli komandamız daha bir medal qazanıb. Modern.az-ın məlumatına görə, Azərbaycan üzgüçüsü Natali Pronina Paralimpiya Oyunlarında dördüncü gümüş medalını qazanıb.

 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında mübarizə aparan idmançımız həlledici mərhələdə 27,54 saniyə nəticə göstərərək Paralimpiya Oyunlarında dördüncü gümüş medalını qazanıb.

Qeyd edək ki, Pronina 100 və 200 metr məsafəyə sərbəst üsulla, 100 metr məsafəyə arxasıüstə üzmək yarışlarında da gümüş medal qazanıb.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi