Modern.az

Veteran qardaşlar qəzaya düşdü

Veteran qardaşlar qəzaya düşdü

Aktual

28 Mart 2021, 22:57

Zaqatalada Vətən müharibəsi iştirakçısı olan iki qardaş yol qəzasına düşüb.

 

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kəndi ərazisində baş verib.

 

Nail İsmayılovun idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub. Qəza zamanı “VAZ 2106” markalı avtomobildə olan Zaqatalanın Çobankol kənd sakinləri – 1994-cü il təvəllüdlü Abdulsəməd Elxan oğlu Mahmudov və 1999-cu il təvəllüdlü Abdulhəmid Elxan oğlu Mahmudov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qardaşlardan Abdulsəmədə qapalı kəllə-beyin travması, Abdulhəmidə isə sağ ayağının travması diaqnozu qoyulub.

 

Qeyd edək ki, Abdulsəməd və Abdulhəmid Mahmudov qardaşları Vətən müharibəsi iştirakçılarıdır.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular