2012-2013-cü il tədris ilində ali məktəblərə daxil olanların qeydiyyat prosesi başa çatıb.
Modern.az musabiqə şərtini ödəyən yaxud da yüksək nəticə göstərən abituryentlərin daha çox hansı ali məktəblərə üstunluk verdiklərini dəqiqləşdirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə sorğumuza cavab verərək bildirib ki, I ixtisas qrupunda balları 150-yə qədər aşağı salındı. Bu qrupda 150-200 bal arası nəticə göstərən 2100 abituryent ali məktəblərə qəbul olunub.
Qəbul olan 2100 abituryentlər müxtəlif ali məktəblərə paylanılıblar. Məsələn, Azərbaycan Texniki Universitetinə 150-200 bal arası nəticə göstərənlərdən 393, Memarlıq və İnşaat Universitetinə 310, Azərbaycan Dövlət Aqrar Universitetinə 267, Koperasiya Universitetinə 144, Gəncə Dövlət Texnologiya Universitetinə 157, Sumqayıt Dövlət Universitetinə 140, Gəncə Dövlət Universitetinə 114, Azərbaycan Dövlət Neft Akademiyasına 1nəfər qəbul olunub. I ixtisas qrupunda 150-200 bal arası nəticə göstərənlərdən heç kim Bakı Dövlət Universitetinə qəbul olunmayıb.
TQDK sədri I qrupda 600-dan yuxarı nəticə göstərən abituryentlərin hansı ali məktəbləri seçdiyinidə deyib:
“I qrupda 600 baldan yuxarı nəticə göstərən 227 nəfər olub. Onların ali məktəblər üzrə paylanma əmsalı 600-dan çox bal yığan 100 nəfərdən artıq abituryent Bakı Ali Neft Məktəbinə qəbul olunub. 59 nəfər Qafqaz Universitetini, 41 nəfər Bakı Dövlət Universitetini, 26 nəfər Azərbaycan Dövlət Neft Akademiyasını, 1 nəfər Azərbaycan Texniki Universitetini, 1 nəfər Memarlıq İnşaat Universitetini, 1 nəfər Dövlət İdarəçilik Akademiyasını, 1 nəfər Milli Aviasiya Akademiyasını, 1 nəfər Naxçıvan Dövlət Universitetini, 2 nəfər Xəzər Universitetini seçib”.
M. Abbaszadə II ixtisas qrupunda da balların 150-yə salındığın deyib: “Belə qəbul olan uşaqların sayı cəmi 433 nəfər olub. Bunların bir nəfəri də dövlət ali məktəblərinə qəbul olmayıb. Bunlar əsasən özəl ali məktəblərə, 148 nəfər Odlar Yurdu Universitetinə, 85 nəfər Azərbaycan Universitetinə, 64 nəfər Təfəkkür Universitetinə, 46 nəfər Bakı Avrasiya Universitetinə, 34 nəfər Naxçıvan Özəl Universitetinə, 40 nəfər Qərb Universitetinə, 14 nəfər Xəzər Universitetinə qəbul olunub.
II qrupda 150-200 bal arası nəticə göstərən 1800 nəfər heç bir ali məktəbə qəbul olunmayıblar. Çünki yüksək nəticə göstərənlər plan yerlərini tutublar.
II qrupda 600 baldan yuxarı nəticə göstərənlərin 91-i Qafqaz Universitetinə, 75-i Dövlət İdarəçilik Akademiyasına daxil olub. Həmçinin Diplomatik Akademiyaya 48, Azərbaycan Dövlət İqtisad Universitetinə 45, Bakı Dövlət Universitetinə 30, Azərbaycan Dövlət Neft Akademiyasına 1, Turizim Universitetinə 1, Milli Aviasiya Akademiyasına 2, Naxçıvan Dövlət Universitetinə 2, Azərbaycan Dövlət Aqrar Universitetinə 1, Azərbaycan Universitetinə 1, Xəzər Universitetinə 1 nəfər qəbul olunub. Ümumilikdə isə 297 nəfər 600-dən yuxarı bal toplayıb”.
III ixtisas qrupuna gəlincə sədr qeyd edib ki, bu qrupda ballar aşağı salınmadı: “Burada 200 baldan aşağı, yəni 150-200-dan aşağı bal toplayan 72 nəfər Bakı İslam Universitetinə qəbul olunub. III ixtisas qrupunda 200 baldan az göstərici əldə edənlər ali məktəblərə qəbul olunmayıb.
III qrupda 336 nəfər 600-dən yuxarı bal toplayıb. Burada 149 nəfər Bakı Dövlət Universitetini seçib. Azərbaycan Dillər Universitetinə 83, Dövlət İdarəçilik Akademiyasına 74, Milli Aviyasiya Akademiyasına 12, Naxçıvan Dövlət Universitetinə 8, Qafqaz Universitetinə 7, Turizim Universitetinə 1, Gəncə Dövlət Universitetinə 2 nəfər qəbul olunub”.
TQDK rəhbəri IV ixtisas qrupu barədə bunları deyib: “Biz aqrar ixtisaslara görə balları 150-yə qədər aşağı saldıq. Bu qrupda 150-200 arası bal toplayan abituryentlərin sayı 133 nəfər idi. Bunların hamısı Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olundular. Bütun bunlara baxmayaraq yenə də Azərbaycan Dövlət Aqrar Universitetində 517 yer boş qaldı.
IV qrupda 342 nəfər 600-dan yuxarı bal toplayıb. Yüksək bal toplayanlardan 336 nəfər Azərbaycan Tibb Universitetinə, 2 nəfər Bakı Dövlət Universitetinə, 2 nəfər Naxçıvan Dövlət Universitetinə, 2 nəfər isə Qafqaz Universitetinə qəbul olunub”.
Mail Ağaxanov